AZERFAX TV

ABŞ 75 ölkənin vətəndaşları üçün viza prosedurunu dayandırdı

ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza prosedurunu dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” bu barədə departamentin memorandumuna istinadən məlumat yayıb.

Jurnalistlər tərəfindən nəzərdən keçirilən sənədə əsasən, konsulluq işçilərinə ərizəçilərin yoxlanılması və seçim prosedurlarının nəzərdən keçirilməsi başa çatana qədər mövcud qanunvericiliyə əsasən vizaların müvəqqəti olaraq rədd edilməsi tapşırılıb.

Fasilədən təsirlənən ölkələrin siyahısına Somali, Rusiya, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tayland, Yəmən və digərləri daxildir.

Müvəqqəti məhdudiyyət müraciət edənlərin məlumatlarının yoxlanılmasını gücləndirmək məqsədi daşıyır.

Ləman

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button