Region
Gəncədə 35 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Dəm qazı Gəncədə can alıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, Daşkəsən rayon sakini 1991-ci il təvəllüdlü M.Ələsgərov Gəncədə yaşadığı evin hamamında dəm qazından zəhərlənib. 35 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olamayıb. Ölüm faktı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.



