AZERFAX TV

Kadırovun qəzaya uğradığı deyilən oğlu qızıl medalla təltif edildi

Çeçenistan lideri Ramzan Kadırovun köməkçisi və respublika Təhlükəsizlik Şurasının katibi Adam Kadırov Zaporojye Atom Elektrik Stansiyasını mühafizə etdiyinə görə medalla təltif edilib.

AZERFAX.AZ xəbər verir ki, respublika başçısı bu barədə özünün “Telegram” kanalında məlumat verib .

“Görüş zamanı əziz qardaş, Çeçenistan Respublikası Milli Qvardiya İdarəsinin AXMAT-Qroznı OMON bölməsinin döyüş zabiti və komandiri Anzor Bisayev (Borets) Adam Kadırova “Nüvə Elektrik Stansiyalarının Təhlükəsizliyinin Yaxşılaşdırılmasındakı Xidmətlərinə görə” qızıl medalını təntənəli şəkildə təqdim edib. O, bu mükafata xüsusi hərbi əməliyyat zamanı Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təşkilində göstərdiyi əhəmiyyətli töhfəyə və köməyə görə “Rosenergoatom Konserni” ASC- nin əmri ilə layiq görülüb”, – Ramzan Kadırov bildirib.


Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button