AZERFAX TV
İranın şimalında 1500-dən çox insan saxlanıldı

İran hakimiyyəti şimaldakı Gilan əyalətində etirazçıların kütləvi həbslərini həyata keçirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə regional polis idarəsinin rəisi Hüseyn Həsənpur məlumat verib.
Onun sözlərinə görə, iğtişaşların 50 təşkilatçısı həbs edilib. Əyalətdə saxlanılanların ümumi sayı 1500-ü keçib.
İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri təxribat və qırğınlarda iştirak edənləri müəyyən etməyə davam edir. Oxşar əməliyyatlar digər bölgələrdə də keçirilib. Xorasan Rəzəvi əyalət prokuroru 72 təşkilatçının həbs olunduğunu, həmçinin Tehran, Kərəc, Rəşt və Ərdəbildə də həbslərin qeydə alındığını bildirib.
Hüseyn İbadlı



