AZERFAX TV

“Real”ın baş məşqçi postuna daha bir namizəd

İtaliyalı mütəxəssis Enzo Mareska “Real”ın baş məşqçi postuna namizədlər siyahısına daxil edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

Mənbənin qeyd etdiyinə görə, Madrid klubunun əsas prioriteti hələ də Zinəddin Zidan olaraq qalır. Lakin fransız mütəxəssisin klub prezidenti Florentino Pereslə münasibətləri əvvəlki qədər möhkəm deyil. Bundan əlavə, Zidanın 2026-cı il dünya çempionatından sonra Fransa milli komandasının baş məşqçisi olacağı ehtimal edilir.

Mareskanın son iş yeri “Çelsi” olub. O, London klubundan 2026-cı ilin yanvar ayının əvvəlində ayrılıb. İtaliyalı çalışdırıcının rəhbərliyi altında komanda Konfrans Liqasını və klublararası dünya çempionatını qazanıb. Mareska “Lester Siti” və “Parma”nın baş məşqçisi olub, həmçinin “Mançester Siti”, “Vest Hem”, “Sevilya” və “Askoli” klublarında köməkçi məşqçi kimi çalışıb.

Related Articles

Bir cavab yazın

Back to top button