Siyasət

Ağdam sakinlərinə xoş xəbər – Köç başlayır


Bu ay ərzində Ağdamın kəndlərinə ilk köç olacaq.

AZERFAX.AZ “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə əhalinin köçürülməsi nəzərdə tutulur.


Ağdamın 2-ci yaşayış məhəlləsində də tikinti prosesi davam edir. Burada da 1268 mənzilin tikintisi nəzərdə tutulur. Xidmətin mətbuat katibi Ağdama bu ilin sonuna qədər köçürələcək əhalinin sayını da açıqlayıb.

Füzuli 2-ci və 3-cü yaşayış məhəllələrində də layihələndirmə işləri gedir. Rayonun Dövlətyarlı kəndində tikinti işlərinə başlanılıb və kənd “Ağıllı kənd” olaraq layihələndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button