AZERFAX TV

Tramp Putinə mesaj göndərdi – Üçtərəfli görüş olacaq

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda Volodimir Zelenski ilə görüşündən sonra rusiyalı həmkarı Vladimir Putinə mesaj göndərib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Ağ Ev rəhbəri Ukraynadakı hərbi münaqişənin bitməli olduğunu bildirib. O, həmçinin Zelenski ilə görüşün uğurlu olduğunu bildirib və əlavə edib ki, bütün tərəflər münaqişənin bitməsini istəyir.

Trampla görüşdən sonra Zelenski Ukrayna, Rusiya və ABŞ-ın BƏƏ-də üçtərəfli görüş keçirəcəyini açıqlayıb.

Ukrayna rəhbəri həmçinin ümid etdiyini bildirib ki, təkcə Ukrayna deyil, Rusiyanın da kompromisə hazır olması lazımdır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button