Qrenlandiya ilə bağlı SAZİŞ HAZIRLANIR

Avropa liderləri qeyri-rəsmi sammitdə Qrenlandiya məsələsində ABŞ ilə əməkdaşlıq üçün dörd maddəlik planı müzakirə edirlər.
AZERFAX.AZ xəbər verir ki, bu barıdə “Politico” Aİ rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilib ki,ilk növbədə 1951-ci il ABŞ-Danimarka müdafiə müqaviləsinin Prezident Trampın təklif etdiyi “Qızıl günbəz” raketdən müdafiə sistemi ilə inteqrasiyası üçün yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur.
İkinci məqam, mümkün NATO missiyası da daxil olmaqla, Avropanın regional təhlükəsizliyə töhfəsinin artırılmasını nəzərdə tutur.
Qalan iki bəndin məzmunu mənbələr arasında mübahisəlidir: bir versiyaya görə, onlar qarşılıqlı vəzifələrdən imtina və resursların kəşfiyyatına nəzarət etmək üçün nəzarət orqanının yaradılmasından bəhs edir. Digər versiyaya görə, bu bəndlər sadəcə bəzi Aİ ölkələrinin “gerçəkləşməmiş ümidlərini” əks etdirir və qeyri-realdır.



