Siyasət

Rusiya sülhməramlılar barədə ideyanı rədd etdi


Rusiya Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsi ideyasına qarşıdır.

AZERFAX.AZ xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov belə açıqlama verib. O bildirib ki, avropalılar Ukrayna məsələsində neytral deyil və bu səbəbdən onların qüvvələri bölgəyə yerləşə bilməz. Onun sözlərinə görə, sülhməramlılar neytral olmalıdır. Diplomat bəyan edib ki, əvvəlcə sazişin əsas parametrləri hazırlanmalı ardınca onun həyata keçirilməsi mexanizmi müzakirə olunmalıdır. Diplomat Avropa ölkələrinin tərsinə iş gördüyünü ifadə edib.


Qeyd edək ki, Böyük Britaniya və Fransa münaqişə başa çatdıqdan sonra Ukraynaya birgə sülhməramlı qüvvələr göndərilməsini irəli sürüblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button