Dünya
ABŞ güclü ola bilər, amma şərəfimiz satılmır

Belçikanın Baş naziri Bart de Vever ölkə parlamentində ABŞ-ın Qrenlandiyadakı ilhaq cəhdləri barədə danışıb.
AZERFAX.AZ xəbər verir ki, Vever əsl fəlakətin çətinliklə qarşısının alındığını bildirib.
“ABŞ güclü ola bilər, amma şərəfimiz satılmır. Biz kölə deyilik “, – deyə o vurğulayıb.
Baş nazir Avropanın lazımi dərsləri öyrənməli olduğunu, hərbi və ticarət məhdudiyyətləri təhdidlərinin hələlik qarşısının alındığını deyib.
Vever, ideal bir dünyada Avropa ilə ABŞ arasındakı əlaqələrin güclü qalacağını, lakin belə bir dünyada yaşamadığımızı qeyd edib.



