AZERFAX TV

Nurməhəmmədov həmyerlisi ilə düşməndir?

Keçmiş UFC çempionu Umar Nurməhəmmədov böyük qardaşı, keçmiş UFC çempionu, Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədovun onunla hazırkı UFC çempionu, rusiyalı Petr Yan arasında düşmənçilik olması barədə açıqlamasına münasibət bildirib.

AZERFAX.AZ xəbər verir ki, Nurməhəmmədov bu barədə Deyvison Fiqeyredo ilə döyüşdən əvvəl mətbuat konfransında deyib:

“Bu o deməkdir ki, biz dost deyilik. Düşmən deyilik, amma dost da deyilik. Bu, ölkəmiz üçün böyük mübarizə olacaq – iki oğlan titul uğrunda mübarizə aparır. Hamısı budur. Mən buna belə baxıram: qəfəsdə qarşımda duranların hamısı mənim rəqibimdir. Ən vacibi budur. Qəfəsdən kənarda mənim onlarla problemim yoxdur.

Bir-birimizi sevməməyimizin səbəblərindən biri də odur ki, döyüşsək, bir-birimizi döyəcəyik. Birimiz təqaüdə çıxsaq, heç bir münaqişə olmayacaq. Məncə, bütün döyüşçülər bu mövqedən çıxış edirlər. Heç kim dostları ilə döyüşmür”.

Related Articles

Bir cavab yazın

Back to top button