AZERFAX TV
“Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olundu

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.
AZERFAX.AZ xəbər verir ki, təlimin üçüncü günündə ustad dərslərini Əməkdar jurnalist, AzTV-nin “Analitik qrupu”nun rəhbəri Faiq Hüsiyev, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev, BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova keçib.
Faiq Hüsiyev təlimdə “Müasir televiziyada yeni trendlər” mövzusunda çıxış edib. O, jurnalistikanın bugünkü çağırışlarından, televiziya sahəsində baş verən dəyişikliklərdən və analitik verilişlərin efirlərdə artan rolundan danışıb.



