AZERFAX TV
ABŞ-da 130 mindən çox ev zülmətə qərq oldu

ABŞ-da qarlı fırtına səbəbindən elektrik enerjisinin kəsilməsi halları artıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Poweroutage” məlumat yayıb.
Bildirilib ki, fırtına səbəbindən elektrik kəsintələrinin sayı 130 758-ə çatıb. Ən çox kəsilmə Texas (50 947) və Louisiana (50 907) ştatlarında qeydə alınıb.
Milli Meteorologiya Xidmətinin proqnozuna görə, şərqi Texasdan Şimali Karolinaya qədər bölgədə intensiv qar yağışı və təhlükəli buz örtüyü gözlənilir. Hazırda ən azı 21 ştatda fövqəladə vəziyyət elan edilib.
Hüseyn İbadlı



