AZERFAX TV

İran ABŞ hücumuna hazırlaşır, Xamenei isə bunkerdə gizlənir

İranın ali dini lideri Əli Xamenei ölkəsinin ABŞ-ın mümkün hücumuna hazırlaşması fonunda Tehrandakı bunkerlərdən birində gizlənir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Məqalədə qeyd edilib ki, Xamenei yüksək vəzifəli məmurların bölgə ətrafında əhəmiyyətli sayda hərbi qüvvələrin yerləşdirilməsi səbəbindən potensial ABŞ hücumu riskinin artmasını qiymətləndirdikdən sonra gizlənməyə başlayıb.

O da vurğulanıb ki, ali dini liderin bunkeri möhkəmləndirilib və o özündə bir-biri ilə əlaqəsi olan tunellər sistemini ehtiva edir. Xameneinin burada qalma müddəti dəqiqləşdirilməyib.

Saytın məlumatına görə, Xamenei gizlənərkən, üçüncü oğlu Məsud Xamenei ali dini liderin ofisinin gündəlik işlərinə rəhbərliyi öz üzərinə götürüb və hökumət liderləri ilə “əsas ünsiyyət kanalı” kimi fəaliyyət göstərir.

Tural

Related Articles

Bir cavab yazın

Back to top button