Dolların ucuzlaşmasına rekord həddə MƏRC QOYULDU

Treyderlər ABŞ dollarının ucuzlaşacağına rekord məbləğdə pul qoyublar.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qeyd edirlib ki, agentlik 2011-ci ildə bu cür məlumatları toplamağa başladığı vaxtdan bəri qısamüddətli opsionlar üçün mükafat ən yüksək səviyyəyə çatıb.
ABŞ valyutasının uzunmüddətli perspektivləri ilə bağlı ən pessimist məhz investorlardır.
Ekspertlər bildirirlər ki, 2025-ci ilin aprelində ABŞ tariflərinin tətbiqindən bəri kəskin zəifləmə fonunda dollar son dörd ilin ən aşağı səviyyəsinə çatıb.
“Danske Bank A/S”nin baş analitiki Jesper Fjarstedtin sözlərinə görə, dollar ABŞ hökumətinin gözlənilməz siyasətindən mənfi təsirlənir.
Daha əvvəl ABŞ prezidenti Donald Trampın ikinci müddətində dolların təxminən 3% ucuzlaşdığı bildirilirdi. 2025-ci ilin sonuna qədər dolların alıcılıq qabiliyyəti 2,6% azalmışdı. Bu rəqəmlər inflyasiya dinamikası və Federal Ehtiyat Sisteminin (FES) pul siyasətini yumşaltması ilə əlaqədardır.
Hüseyn İbadlı



