AZERFAX TV
Qızıl rekord həddə BAHALAŞDI

Nyu-York Ticarət Birjasının bölməsi olan “Comex”də 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti ilk dəfə olaraq troya unsiyası üçün 5150 dolları keçərək yeni rekord səviyyəyə çatıb.
AZERFAX.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 00:21-ə olan məlumata görə, dəyərli metalın qiyməti troy unsiyası üçün 5151,4 dollar (+1,36%) təşkil edib.
Eyni zamanda, bu ilin mart ayında “Comex” birjasında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti 4,28% azalaraq 1 troya unsiyası üçün 110,555 dollara düşüb.
Qızıl gəlirləri artıq 2008-ci il maliyyə böhranı və 2020-ci il pandemiyası kimi qlobal qarışıqlıq dövrlərində müşahidə olunanlardan daha yüksəkdir.
Hüseyn İbadlı



