AZERFAX TV
Milli Məclisin komitə iclası keçirilir

Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iclası keçirilir.
AZERFAX.AZ xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi təqdim olunub.
Komitə üzvləri hazırda qanun layihəsi ətrafında müzakirələr aparır.



