AZERFAX TV

“Apple”dan “iPhone 18” ilə bağlı gözlənilməz qərar

“Apple” yeni smartfonlar üçün ənənəvi satış cədvəlini yenidən nəzərdən keçirir. Şirkət “iPhone 18″in satışını 2027-ci ilə qədər təxirə sala bilər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə nüfuzlu insayder “Digital Chat Station Weibo” səhifəsinə açıqlama verib.

Onun sözlərinə görə, sadə “iPhone 18” gələn ilin birinci rübünə qədər satışa çıxarılmayacaq. Sentyabr ayında isə yalnız “iPhone 18 Pro” və “iPhone Fold” buraxılacaq. Yəni alıcılar bahalı modellər arasında seçim etməli olacaqlar.

Ləman

Related Articles

Bir cavab yazın

Back to top button