AZERFAX TV

İranın müttəfiqləri İsrailə hücuma hazırlaşır

İsrail ordusunun İranın müttəfiqlərinin mümkün hücumuna hazırlaşdığı iddia edilir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Maariv” qəzeti məlumat yayıb.

İsrail ordusunun son günlərdə İranla artan gərginlik çərçivəsində hazırlaşdığı ssenarilərdən biri Tehranla müttəfiq elementlərin İsrailə mümkün hücumudur.

İddiaya görə, Yəməndəki husilər, həmçinin İraq və Suriyadakı İran tərəfindən dəstəklənən milislər İordaniya ərazisindən İsrailin şərq sərhədlərinə hücumlar üçün başlanğıc nöqtəsi kimi istifadə edə bilərlər.

İsrail ordusunun əsasən İordaniya sərhədinə yaxınlaşan 10 silahlı şəxs aşkar etməsindən sonra yüksək hazırlıq vəziyyətinə gətirildiyi qeyd olunub.

İordaniya rəsmilərindən hələlik məsələyə dair hər hansı açıqlama verilməyib.

Roza

Related Articles

Bir cavab yazın

Back to top button