AZERFAX TV

Bu gün general rütbəsi alan şəxslər kimdir?

Xəbər veriyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

AZERFAX.AZ xəbər verir ki, “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilən şəxslər Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov və DGK-nin Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanovdur.

General rütbəsi alan 34 yaşlı Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.

38 yaşlı Elmir Ramazanov 2023-cü ildə Bakı Baş Gömrük İdarəsinin rəisi təyin olunub. O bundan əvvəl Dövlət Vergi Xidmətində çalışıb.

47 yaşlı Fuad Aslanov 2022-ci ildə idarə rəisi vəzifəsinə gətirilib. O bundan əvvəl müxtəlif şirkətlərdə rəhbər vəzifədə işləyib. (“Unikal”)

Related Articles

Bir cavab yazın

Back to top button