AZERFAX TV

Serxio Ramos boksda debüt edəcək: Rəqibi də məlumdur

“Real”ın sabiq müdafiəçisi Serxio Ramos qalmaqallı amerikalı bloger Endryu Teytə qarşı boks üzrə döyüş keçirə bilər.

AZERFAX.AZ xəbər verir ki, 39 yaşlı əfsanənin debüt görüşünün avqustun 22-nə planlaşdırılan “Misfits Boxing” turniri çərçivəsində baş tutacağı bildirilir.

Döyüş 88,5 kq çəki dərəcəsində hər biri üç dəqiqə olmaqla 6 raund formatında keçiriləcək. Qarşılaşmanın rəsmi anonsunun yaxın günlərdə veriləcəyi gözlənilir.

Endryu Teyt keçmiş peşəkar kikboksçu və qadınlara qarşı nifrət dolu açıqlamaları ilə tanınan iş adamıdır. Bundan başqa, Rumıniyada ona qarşı zorlama və insan alverinə görə cinayət işi açılıb.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button