AZERFAX TV

Ariana Qrande məşhur jurnalı ələ saldı: Altıncı barmağa görə təşəkkürlər

Amerikalı müğənni Ariana Qrande “Vogue” jurnalının yapon nəşrində dərc olunmuş fotosessiyasını lağa qoyub.

AZERFAX.AZ xəbər verir ki, 32 yaşlı sənətçi bu barədə “Instagram”dakı pərəstişkarlarının səhifəsində şərh yazıb.

İfaçı fotolardan birində sol əlini qaldırır və beş barmaq əvəzinə altı barmağını göstərir. Həmin fotoya süni intellektlə düzəliş edilməsi və ya yanlış fotoşop olunması Qrandenin pərəstişkarlarını narahat edib.

Ariana bəhs edilən fotodakı əlavə barmaq üçün məşhur jurnala zarafatla təşəkkür edib.

“Albomum üzərində işləməyə başlamaq üçün əlavə vasitələrə ehtiyacım olduğunu demişdim! Buna görə təşəkkür edirəm”, – deyə müğənni yazıb.

Ləman

Related Articles

Bir cavab yazın

Back to top button