AZERFAX TV

Təkcə rəqiblərlə yox, onlarla da mübarizə aparırıq

“Bayern Münhen”in idman rəhbəri Maks Eberl 2-2 hesablı heç-heçə ilə başa çatan “Hamburq”la oyun barədə fikirlərini bildirib.

AZERFAX.AZ xəbər verir ki, Münhen klubunun baş məşqçisi Vinsent Kompani şənbə günü keçirilən matçda hakimlikdən narazılığını bildirib və oyunçular da qəzəbli olublar.

Eberl də eyni mövqedən çıxış edib. Jurnalist Kerri Hou rəsminin sözlərini sitat gətirib:

“Bu gün təkcə rəqiblərimizlə mübarizə aparmalı deyildik: “Hamburq”u ehtirasla dəstəkləyən azarkeşlərlə qarşılaşdıq və hakim bir az çaşqınlıq içində idi və bir çox vəziyyəti səhv qiymətləndirdi. Son vaxtlar səhvlərimizə görə cəzalandırılırıq. Hücumumuzdan narahat deyiləm, çünki daim qol imkanları yaradırıq, amma müdafiədə problemlərimiz var – çoxlu qol buraxdıq. Yanvar ayı çətin keçdi – 20 gündə yeddi oyun. Bu çətin dövrü dəf etməliyik”.

Fevralın 8-də “Bayern” evdə “Hoffenhaym”la qarşılaşacaq.

Related Articles

Bir cavab yazın

Back to top button