AZERFAX TV

Azərbaycan XİN Pakistandakı terror hücumunu pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Pakistanın Bəlucistan əyalətində baş vermiş mənfur terror hücumlarını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqına və hökumətinə səmimi həmrəylik hisslərimizi bölüşürük. Yaralananlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq”, – paylaşımda bildirilib.

Azərbaycanın terrorizmin bütün formaları və təzahürlərinə qarşı beynəlxalq səylərə möhkəm dəstəyi bir daha vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button