AZERFAX TV

Ronaldo ərəbləri boykot edir: Benzema məsələsi aranı qatdı

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Əl-Riyad”a qarşı keçiriləcək oyunu buraxmaq niyyətindədir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

Portuqaliyalı futbolçu klubla işləyən Dövlət İnvestisiya Fondunun fəaliyyətindən narazıdır və onun meydana çıxmaqdan imtinası da məhz bununla əlaqələndirilir.

Məşhur insayder Fabritsio Romano da Ronaldonun bu gün keçiriləcək matçda iştirak etməyəcəyini təsdiqləyib və ulduz futbolçunun sağlamlıqla bağlı heç bir probleminin olmadığını qeyd edib. Yaxın vaxtlarda bu qərarla bağlı daha ətraflı məlumatların açıqlanacağı gözlənilir.

“Əl-Nəsr”in hücumçusunun tək narazılığı bu deyil. Ronaldo Kərim Benzemanın “Əl-İttihad”dan “Əl-Hilal”a mümkün keçidindən də narazıdır. Fransalı futbolçu klubun ona təklif etdiyi yeni müqavilə şərtlərini alçaldıcı hesab edib və bu səbəbdən komandadan ayrılmaq qərarına gəlib. 38 yaşlı futbolçu üçün əsas namizəd isə yerli “Əl-Hilal” sayılır.

Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, Ronaldo bu transferə qarşı çıxır. Portuqaliyalı ulduz hesab edir ki, Benzemanın “Əl-Hilal”a keçidi Səudiyyə Ərəbistanı çempionatında ədalətli rəqabətə zərbə vura bilər.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button