Ölkə

Ronaldo böhranı – Oyuna çıxmaqdan imtina etdi

“Əl-Nəsr”də Kristiano Ronaldo gərginliyə səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, o növbəti oyunda oynamaqdan imtina edib. “A Bola” qəzetinin məlumatına görə, Ronaldo təmsil etdiyi klubu idarə edən Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun “Əl-Nəsr”ə münasibətindən narazıdır. Ronaldo hesab edir ki, eyni fond nəzdində olan digər rəqib klublara daha yaxşı münasibət bəsləyir. Ronaldo fondun “Əl-Nəsr”ə az investisiya qoyduğunu irəli sürüb. Ronaldo ilə bağlı boykot iddialarından sonra onun heyətdən çıxarıldığı barədə xəbərlər dərc edilib.

Bildirilir ki, bu transfer dövründə “Əl-Nəsr” heyətini gücləndirmək üçün hələ də lazımi maliyyə dəstəyini almayıb. “Əl-Nəsr” təkcə iraqlı yarımmüdafiəçi Haydir Əbdülkərimi transfer edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button