İdman
“Fənərbaxça” və “Qalatasaray” ulduz futbolçunu istəyir

“Fənərbaxça” və “Qalatasaray” “Mançester Siti”nin futbolçusu Ömər Marmuşu transfer etmək istəyir.
AZERFAX.AZ xəbər verir ki, “Qalatasaray”ın ardınca “Fənərbaxça” da futbolçuya elçi düşüb. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, “Fənərbaxça”futbolçunu icarə əsasında transfer etmək istəyir. Bildirilir ki, “Fənərbaxça” Yusif Ən-Nesiri ilə yollarını ayırmaq istədiyi üçün onun yerinə təcrübəli futbolçu transfer etmək istəyir. Bir sıra Avropa klubları da futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Ömər Marmuş bu mövsüm “Mançester Siti”nin heyətində iki dəfə fərqlənib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



