İdman
“Sabah” ın baş məşqçisi: “Vikinq”lə matça 23 futbolçumuz hazırdır”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Vikinq”lə qarşılaşma öncəsi rəqibi təhlil etdiklərini və komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirib.
AZERFAX.az xəbər verir ki, mütəxəssis bəzi futbolçuların iştirakı ilə bağlı qərarın son məşqdən sonra veriləcəyini deyib.
Qeyd edək ki, “Vikinq” – “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə, saat 00:00-da başlayacaq.



