Hadisə
Göygöldə dərədə 40 yaşlı kişinin meyiti aşkar edildi.

Göygöldə dərədən orta yaşlı kişi meyit tapılıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Molla Cəlilli kəndində qeydə alınıb. 1986-cı il təvəllüdlü kənd sakini Saqib Quliyevin meyiti kəndin ərazisində dərədə aşkarlanıb. Onun qətlə yetirildiyi ehtimal olunur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır



