Ölkə

Rusiya və Ukrayna əsirləri mübadilə etdi

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.

AZERFAX.AZ xəbər verir ki, tərəflər 314 əsiri dəyişdiriblər. Məlumata görə, mübadilə ABŞ, Rusiya və Ukrayna arasındakı üçtərəfli danışıqlarda əldə edilmiş razılaşma çərçivəsində reallaşıb. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Ukraynadan 157 rus əsgəri qaytarılıb. Ukrayna ordusunun əsir götürülmüş 157 üzvü isə təhvil verilib. Bəyanatda həmçinin, Ukrayna ordusu tərəfindən Kursk bölgəsində əsir götürülmüş üç Rusiya vətəndaşının qaytarıldığı qeyd edilib.

Açıqlamaya görə, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ rus əsgərlərinin əsirlikdən azad edilməsi prosesində humanitar yardım göstəriblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button