Ronaldo “itkin” düşdü

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo barədə “axtarış” elanları verilib.
AZERFAX.AZ xəbər verir ki, lağ məqsədilə paylaşılan elanda Ronaldonun itkin düşdüyü qeyd edilib. Elanda deyilir ki, Ronaldo evdən çıxıb və geri qayıtmayıb. Onun barəsində məlumatlı şəxslərdən qeyd olunan nömrə ilə əlaqə saxlaması xahiş edilib. Bildirilir ki, azarkeşlər Ronaldonun “Əl-Nəsr”in oyununu boykot etməsinə cavab olaraq belə addım atıb.
Qeyd edək ki, “Əl-Nəsr”də Kriştiano Ronaldo gərginliyə səbəb olub. Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun “Əl-Nəsr”ə münasibətindən narazıdır. Ronaldo hesab edir ki, fond nəzdində olan digər rəqib klublara daha yaxşı münasibət bəsləyir. Ronaldo fondun “Əl-Nəsr”ə az investisiya qoyduğunu irəli sürüb. Ronaldo ilə bağlı iddialardan sonra onun heyətdən çıxarıldığı bildirilir. Futbolçunun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ildə yekunlaşır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



