AZERFAX TV

Prezidentin AAYDA sədri təyin etdiyi Vüsal Nəsirli kimdir?

Xəbər verdiyimiz kimi, Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Yerinə isə Vüsal Zakir oğlu Nəsirli təyin edilib.

AZERFAX.AZ Axar.az-a istinadən Vüsal Nəsirlinin dosyesini təqdim edir:

O, 1978-ci ildə İmişli şəhərində anadan olub.

2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.

2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Evlidir, iki övladı var.

Related Articles

Bir cavab yazın

Back to top button