Ölkə
Onun dəfnində 50 min nəfər iştirak etdi

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin dəfn mərasimi keçirilib.
AZERFAX.AZ xəbər verir ki, Beni Vəliddə keçirilən dəfn mərasimində 50 min liviyalı iştirak edib. Dəfn mərasimində Seyf əl-İslam Qəddafinin və atası Müəmmər Qəddafinin fotoşəkilləri daşınıb.
Qeyd edək ki, Liviyanın Baş Prokurorluğu 53 yaşlı Seyf əl-İslam Qəddafinin Tripolidən 136 kilometr cənub-qərbdə yerləşən Zintandakı evində öldürüldüyünü açıqlayıb. Onun güllələnərək öldürüldüyü bildirilib, lakin əlavə məlumat verilməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



