Region

QMİ-nin Gəncə bölgəsi üzrə qazisi çağırış etdi: “Gəncədə yas mərasimlərində israfçılığın qarşısı alınsın”.

Yas mərasimlərinin təşkili xalqların qədim adət-ənənələrindən biridir. Əsrlər boyu bu mərasimlər ailələrin kədərini bölüşmək, itki yaşayanlara mənəvi dayaq olmaq üçün keçirilib. Lakin təəssüf ki, bu gün bəzi yerlərdə, o cümlədən də Azərbaycanın böyük şəhərlərindən olan Gəncədə də yas mərasimləri öz ilkin mahiyyətini itirmək üzrədir. Artıq insanlar çox vaxt tərəddüd içində qalırlar: itirdikləri doğmalarının yasını tutmaqla məşğul olsunlar, yoxsa gələn qonaqlara süfrə açmaq qayğısına qalsınlar? Yas evinin ağır, həssas ruhu bəzən geniş süfrələrin qurulması, müxtəlif böyük xərclərin çəkilməsi fonunda arxa plana keçir. Bunun nəticəsində yas mərasiminin əsas məqsədi – mərhumun xatirəsini ehtiramla yad etmək və ailəyə dəstək olmaq – kölgədə qalır. Bu gün dinin adət və ənələrin qorunub saxlandığı şəhərdə yas mərasimləri zamanı ehsan süfrələrinin və ümumilikdə dini mərasimlərin bəzən öz əndanəzəsindən çıxır. Dəfələrlə Gəncənin dini qurumlarının rəhbərlərinin, şəhər ağsaqqallar şürasının bu vacib məsələ ilə bağlı müraciətlər etməli olduğu, əhalını maarifləndirməli, insanları israfçılıqdan çəkindirməli olduğu vurğulanıb.

AZERFAX.az xəbər verir ki, bu günlərdə Gəncədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə qazisi, “İmamzadə ziyarətgah” kompleksinin imamı Hacı Tahir Abbasov oxşar təşəbbüslə çıxış edib. İlahiyyətçi Gəncə şəhər ictimaiyyətinə müraciət ünvanlanıb.

Hacı Tahir Abbasov şəhər sakinlərini, yerli din xadimlərini, icra hakimiyyəti nümayəndələrini, hüquq-mühafizə orqanlarının rəhbərlərini və fərdi sahibkarları yas mərasimlərinin sadə və israfdan uzaq şəkildə keçirilməsinə dəstək verməyə çağırıb. İlahiyyatçı vurğulayıb ki, bu təşəbbüs yalnız maddi yükün azaldılmasına deyil, eyni zamanda cəmiyyətdə sosial həmrəyliyin və dini dəyərlərin qorunmasına xidmət edir:

“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən dəfələrlə tövsiyə olunan bu yanaşma həm dini baxımdan məqbul, həm də sosial cəhətdən vacib hesab olunur. O vurğulayıb ki, yas mərasimlərinin mahiyyəti mərhumun xatirəsinin ehtiramla yad edilməsi və ailəyə mənəvi dəstəyin göstərilməsidir; dəbdəbəli süfrələr isə bu məqsədə xidmət etmir” deyə Hacı müraciətdə qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button