Ölkə
Günün futbol qrafiki

Misli Premyer Liqasında bu gün XIX tura start veriləcək.
AZERFAX.AZ xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Sabah” evdə “Araz-Naxçıvan”la üz-üzə gələcək. Görüş Bank Respublika Arenada, saat 16:00-da start götürəcək. “Sabah” hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 6-cı pillədə olan “Araz-Naxçıvan”ın 27 xalı var.
Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək. “Sumqayıt” hazırda 30 xalla 4-cü yerdədir. Bir pillə aşağıda olan Bakı klubunun isə 29 xalı var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



