AZERFAX TV

Bir nömrələrin yarışdan imtinasına sərt reaksiya: Reytinq xalları da silinməlidir

15-21 fevral tarixlərində Dubayda keçirilən WTA 1000 turniri olan “Dubai Duty Free Tennis Championships”in direktoru Salah Talak, Arina Sobolenko və İqi Şventekin yarışdan geri çəkilməsinə sərt reaksiya verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Tennis Templ” məlumat yayıb.

“Dünən gecə Arina və İqinin yarışdan çıxması xəbərini almaq məyusedici və gözlənilməz oldu. Səbəblər bir az qəribə görünürdü. İqi yarışa zehni olaraq hazır olmadığını, Arina isə yüngül xəsarətlər aldığını söyləyib.

Ona görə də bilmirəm həqiqət necədir. Hesab edirəm ki, yarışdan çıxan oyunçulara qarşı cəzalar daha sərt olmalıdır: təkcə cərimələr kömək etmir, həm də reytinq xalları silinməlidir”, – Talak deyib.

Related Articles

Bir cavab yazın

Back to top button