Ölkə
Generalın qızı məhkəməyə gətirildi


General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt Şəhər Məhkəməsinə gətirilib.
AZERFAX.AZ unikal.az-a istinadən xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb.
Yaxın dəqiqələrdə Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.



