AZERFAX TV

Övladının yüksək bal yığması üçün 8 min verəcəkmiş…

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AZERFAX.AZ xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə prosesdə şahidlərin dindirilməsi davam etdirilib.

Şahidlərdən ilk olaraq N. Mehdiyev ifadə verib. O bildirib ki, övladı Gündüz Abbasovun yanına fərdi hazırlığa gedib. Lakin ilkin imtahan nəticələri uğursuz olub.

Övladının yüksək bal toplaması müqabilində müəllimə 8 min manat verəcəyini bildirib. Deyib ki, həmin məbləği imtahan nəticələri açıqlandıqdan sonra verəcəkmiş.

Daha sonra imtahanlarda iştirak edən A. Mehdiyev ifadə verib. O deyib ki, texniki avadanlıqlar imtahana bir neçə saat qalmış quraşdırılıb. Məlum olub ki, o, avadanlıqların köməyi ilə 200 dən artıq bal toplayıb. (“Qafqazinfo”)

Related Articles

Bir cavab yazın

Back to top button