AZERFAX TV

ABŞ təyyarədaşıyan gəmisi Yaxın Şərqə doğru yola düşdü

ABŞ-ın “USS Gerald R. Ford” aviadaşıyıcısı fevralın 23-dən bəri olduğu Yunanıstanın Krit adasındakı Suda bazasını tərk edərək Yaxın Şərqə doğru istiqamət alıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə yerli “Kriti360” nəşri məlumat yayıb.

Portalın dəqiqləşdirməsinə görə, hərbi gəmi bazaya yanacaq doldurmaq və operativ dəstək almaq üçün gəlibmiş.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti yazmışdı ki, İranı təhdid etmək üçün göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinin flaqman aviadaşıyıcısı “USS Gerald R. Ford”un kanalizasiya sistemində ciddi nasazlıqlar yaranıb və sistem orta hesabla gündə bir dəfə tutulur. Bu səbəbdən çirkab suları tualetləri basıb, heyət üzvləri isə 45 dəqiqədən çox növbə gözləməli olublar. Sosial şəbəkələrdə 8 aylıq uzunmüddətli yürüşdən, sahilə buraxılmamaqdan və İslam Respublikasına qarşı əməliyyatda iştirak perspektivindən narazı qalan dənizçilərin təxribat törətdiyi ehtimalı irəli sürülüb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button