AZERFAX TV

Əfqanıstan Pakistanın hərbi təyyarəsini vurdu

Əfqanıstan hərbçiləri Əfqanıstanın hava məkanında Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurublar.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Əfqanıstanın “Tolo News” telekanalı məlumat yayıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

İki ölkə arasında gərginlik Pakistanın fevralın 21-22-də Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrindən sonra başlayıb. Pakistan İslamabad və digər şəhərlərdə terror aktları törətməkdə ittiham olunan “Tehrik-e Taliban Pakistan” qruplaşmasının düşərgələrini hədəf aldığını bildirib. Əfqanıstan tərəfi isə mülki obyektlərin hədəfə alındığını bəyan edib.

Fevralın 26-da “Tolo News” telekanalı hər iki ölkənin hərbçilərinin Nənqərhar, Nuristan, Kunar, Xost, Paktia və Paktika vilayətlərində atışma başlatdıqlarını xəbər verib. Bundan sonra Əfqanıstan ordusu Pakistana qarşı əməliyyatın başladığını elan edib. Öz növbəsində, Pakistan qüvvələri Əfqanıstanın Kabil və Qəndəhar şəhərlərindəki, eləcə də Paktia vilayətindəki hərbi obyektlərə hava zərbələri endirib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button