AZERFAX TV

Ukrayna buna inanmayana qədər sülh olmayacaq: ABŞ-dan sensasion etiraf gəldi

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov bildirib ki, Ukrayna sülh içində yaşaya biləcəyinə inanmayana qədər münaqişənin həlli barədə razılığa gəlinməyəcək.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Uitkoff bildirib ki, “Ukrayna və onun xalqı diplomatik həll yolu tapılana, sülh içində yaşaya biləcəklərinə inanmayana qədər heç bir razılaşma olmayacaq. Bu, son nəticə – sülhün reallığı olmalıdır”.

Onun sözlərinə görə, bunun üçün ABŞ və Avropadan “ciddi təhlükəsizlik protokolları” tələb olunacaq. Donald Trampın sözçüsü əmin edib ki, bununla bağlı işlər davam edir.

Qeyd edək ki, 17-18 fevral tarixlərində Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb. Rusiya prezidentinin köməkçisi Vladimir Medinski danışıqları “çətin, lakin işgüzar” adlandırıb, Zelenski isə atəşkəs mexanizmi ilə bağlı razılığa gəlindiyini bildirib.

Xatırladaq ki, “Bloomberg” bundan əvvəl Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqların növbəti mərhələsinin 4-5 mart tarixlərində keçirilə biləcəyini yazsa da, Kreml məlumatı təsdiqləməyib.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button