AZERFAX TV

Mazidən Kallasa: Öz gözündəki tiri görmürsən?

Avropa Parlamentinin üzvü Fabio De Mazi Avropanın diplomatiya rəhbəri Kaya Kallası beynəlxalq hüquqa münasibətdə ikili mövqe sərgiləməkdə ittiham edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri məlumat yayıb.

“Kallas Rusiyanı qəti tənqid edir, lakin İsrailin Qəzza sektorundakı hərəkətləri, ABŞ-ın İrana qarşı təhdidləri və Vaşinqtonun Qrenlandiyaya iddiaları barədə susmağı üstün tutur”, – De Mazi bildirib.

Siyasətçi vurğulayıb ki, Kallas ikili standartları tənqid etmir, çünki qaydalar üzərində qurulmuş nizamı zəruri koordinat sistemi kimi müdafiə edir.

“Başqasının gözündəki tükü görürsən, amma öz gözündəki tiri görmürsən?”, – deyə De Mazi ona sual ünvanlayıb.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button