AZERFAX TV

İsrail ordusu İrana qarşı yeni zərbələr seriyasına başladı

İsrail Müdafiə Qüvvələri (İDF) İran ərazisində yerləşən hərbi obyektlərə qarşı yeni zərbələr dalğasına başlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İDF “Telegram” kanalı məlumat yayıb.

Qeyd edilib ki, zərbələr İranın ballistik raket sistemlərinə və hava hücumundan müdafiə vasitələrinə qarşı yönəlib.

İranın “Mehr” agentliyinin verdiyi məlumata görə, Tehranda ən azı iki partlayış səsi eşidilib. Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Pentaqon bu əməliyyata “Epik Qəzəb” adını verib. Nəticədə İslam Respublikasında bir çox şəhərlər hücuma məruz qalıb. Həmçinin mülki əhali arasında itkilərin olduğu bildirilib. İDF-nin məlumatına görə, İrana endirilən zərbə İsrail Hərbi Hava Qüvvələri tarixinin ən genişmiqyaslı əməliyyatı olub.

Buna cavab olaraq İran qoşunları İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına raketlər və pilotsuz uçuş aparatları buraxıb. “Tasnim” agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, müxtəlif ölkələrdə, o cümlədən BƏƏ-də ABŞ-ın ümumilikdə 14 bazası hücuma məruz qalıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button