AZERFAX TV
Seyid Yəhya Həmidi də ÖLDÜRÜLDÜ

İsrailin hücumları nəticəsində İranın Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli rəhbər şəxsləri həlak olub.
AZERFAX.AZ “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin Tehrana endirdiyi zərbələr nəticəsində “İsrail istiqaməti” üzrə kəşfiyyat nazirinin müavini Seyid Yəhya Həmidi və agentliyin kəşfiyyat şöbəsinin rəhbəri Cəlal Für Hüseyn öldürülüb.
Nəşrin məlumatında adıçəkilən nazirliyin İranın əsas kəşfiyyat orqanı olduğu bildirilir.
Valeh


