AZERFAX TV

Qazaxıstanda uşaq əyləncə mərkəzində yanğın baş verdi

Qazaxıstanın Semey şəhərində uşaq əyləncə mərkəzində yanğın baş verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, hazırda 120 yanğınsöndürən gücləndirilmiş iş rejimində çalışır.

Qeyd olunun ki, ilk yanğınsöndürmə bölmələri hadisə yerinə gələn zaman bina artıq açıq alovla yanıb. Hazırda yanğın lokallaşdırılıb. Qurumdan dəqiqləşdiriblər ki, yanğının söndürülməsini yüksək yanğın yükü, qatı tüstülənmə və binanın konstruktiv xüsusiyyətləri çətinləşdirir. Ticarət mərkəzi administrasiyasının məlumatına görə, insanlar binadan müstəqil şəkildə təxliyə olunublar. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button