AZERFAX TV

“Bayern” Keynin əvəzləyicisini Türkiyədə tapdı: Görün kimdir

“Bayern” “Qalatasaray”ın ulduzu Viktor Osimhenlə maraqlanır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Münhen təmsilçisinin əsas hücumçusu Harry Keynin müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Klub rəhbərliyi yeni sözləşmə ilə bağlı danışıqların uğurla başa çatacağına tam əmin deyil və bu səbəbdən mümkün əvəzləyici variantları indidən nəzərdən keçirir.

Osimhenin namizədliyi Almaniya nəhəngi üçün prioritet sayılır və onun transferi baş məşqçi Vinsent Kompani tərəfindən də bəyənilib.

27 yaşlı nigeriyalının “Qalatasaray”la müqaviləsi 2029-cu ilin yayına qədərdir. Onun transfer dəyəri 75 milyon avro qiymətləndirilir. Cari mövsümdə Osimhen bütün turnirlərdə 25 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

Heybət

Related Articles

Bir cavab yazın

Back to top button