İdman
Finalissima Avropada keçiriləcək: Bu 3 şəhər favoritdir

İspaniya və Argentina arasında planlaşdırılanfinalissimanın yeri dəyişdiriləcək.
AZERFAX.az “El Mundo”ya istinadən xəbər verir ki, regionda gedən döyüşlərə görə Qətər iki ən yaxşı milli komanda arasında kubok uğrunda mübarizəyə ev sahibliyi etməyəcək.
Növbəti 48 saat ərzində UEFA, CONMEBOL və Qətər Finalissimanın başqa ölkəyə köçürülüb-köçürülməməsi barədə qərar verəcək.
Oyuna ev sahibliyi etmək üçün favorit hesab edilən Avropa şəhərləri London, Roma və Milandır. Mərakeş də nəzərdən keçirilir. Argentina hazırkı Amerika çempionudur. İspaniya isə hazırkı Avropa çempionudur. Sonuncu Finallissimada Argentina İtaliyanı 3-0 hesabı ilə məğlub edib.



