ABŞ İranla danışıq aparır? – Netanyahu əl-ayağa düşdü

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-la İran arasında potensial danışıqlar barədə məlumat əldə etdikdən sonra Ağ Evdən aydınlıq gətirməsini istəyib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, “Netanyahunun müraciəti İsrail hökuməti bütün hərbi məqsədlərinə çatmadan ABŞ-ın atəşkəs istəməsi ssenarisindən narahat olduğunu göstərir”.
Mənbələr nəşrə bildiriblər ki, İsrail kəşfiyyatı bu həftənin əvvəlində İranla Tramp administrasiyası arasında atəşkəs danışıqlarının aparıldığına dair şübhələr yaradan məlumatlar alıb.
Bazar ertəsi günü Netanyahu Ağ Ev rəsmilərinə zəng edərək belə danışıqların və ya informasiya mübadiləsinin olub-olmadığını soruşub.
Mənbələrdən biri “Axios”a bildirib ki, Ağ Ev “Bibi”yə deyib ki, Tramp administrasiyası iranlılarla danışıqlar aparmır.
Tural



