AZERFAX TV

Xameneinin oğlu bombardman zamanı YARALANDI

İranın öldürülən ali rəhbəri Əli Xameneinin oğlu Müctəba bombardmanlardan biri zamanı yaralanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Müctəba böyük ehtimalla hücumlardan biri zamanı xəsarət alıb, lakin onun həyatı üçün təhlükə yoxdur. Yaralanmanın ağırlıq dərəcəsi barədə təfərrüatlar açıqlanmır.

İran və Qərb kütləvi informasiya vasitələri, ABŞ və İsrailin İrana hücumları nəticəsində həlak olan ayətullah Əli Xameneinin oğlu, 56 yaşlı Müctəba Xameneini ölkənin ali rəhbəri postuna əsas namizəd kimi göstərirlər. Yeni rəhbəri seçməyə məsul olan Ekspertlər Məclisi hələlik rəsmi bəyanat verməyib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button