AZERFAX TV
Qətərdən Netanyahuya ittiham: Gərginliyi artırır

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani İsrailin Baş naziri Benyamin Netanyahunu Yaxın Şərqdə gərginliyi qızışdırmaqda ittiham edib.
AZERFAX.AZ xəbər verir ki, Al Tani “Al Jazeera” telekanalına müsahibəsində İsrail ordusunun Livandakı əməliyyatlarını pisləyib.
O, atəşkəs dövründə bir neçə gün ərzində 100-ə yaxın livanlının öldürülməsini qəbuledilməz adlandırıb.
Al Tani bildirib ki, Livan ərazilərinin işğalına son qoyulmalı, ölkənin suverenliyinə hörmət edilməlidir: “Təəssüf ki, bu, Netanyahunun regionda gərginliyi artırdığı ilk hadisə deyil”.
O, ABŞ-ın İsrailin Livandakı fəaliyyətinə münasibətdə düzgün mövqe tutduğunu qeyd edib.
Müəllif: Roza



